Ərəb Dövlətləri Liqası İraqın şimalına edilən hücumu pisləyib

Ərəb Dövlətləri Liqası İraqın şimalına edilən hücumu pisləyib

Ərəb Dövlətləri Liqası İraqın şimalına Türkiyə tərəfindən həyata keçirildiyi deyilən hücumu pisləyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul-Qaytın sözçüsü Camal Ruşdi açıqlama verib.

Bildirilib ki, ƏDL baş katibi İraqın Dahuk əyalətində istirahət mərkəzinə edilən hücumu və burada çoxlu sayda mülki insanların ölməsi və yaralnmasına səbəb olan hücumu pisləyib.

ƏDL baş katibi bu bəyanatında Türkiyəni İraqın suverenliyinə hörmətlə yanaşmağa çağırıb.

Eyni zamanda Misir Xarici İşlər Nazirliyi də bəyanat verərək, bu hücumu pisləyib.

Bundan öncə bir neçə ərəb ölkəsi oxşar bəyanat veriblər.

Qeyd edək ki, Türkiyə XİN Dəhuk hücumunda mülki insanların hədəfə alınmadığını bildirib və İraq Ordusunu hadisə ilə bağlı araşdırmaya çağırıb.

Xəbəri paylaş

VİDEOLAR