Səfər zamanı Seyyid Abbas Əraqçı Rusiya rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər, o cümlədən ABŞ-la son zamanlar baş tutan dolayı danışıqlar barədə müzakirələr aparacaq.
Rasthaber Azərbaycan xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçı bu gün səhər saatlarında yüksək səviyyəli diplomatik heyətin başçısı kimi Moskvaya səfər edib.
Səfərin əsas məqsədi Rusiya rəsmiləri ilə danışıqlar aparmaq və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı yazılı məktubu təqdim etməkdir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai IRNA-ya açıqlamasında məlumat verib. O qeyd edib ki, səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında əvvəlcədən planlaşdırılıb və iki ölkə arasında strateji məsləhətləşmələr çərçivəsində həyata keçirilir.