İranın Xarici işlər naziri deyib: “İraq kimi Səudiyyə Ərəbistanı da qonşuluq siyasətimizdə xüsusi yer tutur.”
Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi Səudiyyə Ərəbistanının “Əl-Şərq” xəbər kanalına eksklüziv müsahibəsində deyib: “İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər bir neçə ildir ki, çox yaxşı istiqamətdədir və irəliləyir.”
Təfərrüatları tezliklə dərc olunacaq bu müsahibəsində Xarici İşlər naziri əlavə edib: “Keçmişdə problemlərimiz var idi və biz İraqın, daha sonra Çinin köməyi ilə ikitərəfli münasibətlərin bərpasına qayıtdıq. Son bir neçə ildə bu əlaqələr yaxşı sürətlə genişlənir.”