Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Tehrana gəldikdən sonra ilk iş gündəliyində İranın Xarici İşlər naziri ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, 14-cü hökumətin dövründə ikinci dəfə İrana gələn Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Xarici İşlər Nazirliyində İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
Elan edilən cədvələ əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru sabah (17 aprel, cümə axşamı) Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşəcək.