Radikal yəhudilər Məscidül-Əqsaya basqın edib

Radikal yəhudilər Məscidül-Əqsaya basqın edib

Onlarla yəhudi mühacir dünən işğal polisinin sıx təhlükəsizlik tədbirləri altında Məscidül-Əqsaya basqın edib.

Az.rasthaber.com xəbər verir ki, Qüds İslami Vəqflər İdarəsi bu səhər təşkil edilən basqına 164 yəhudi köçkünün qatıldığını və Əl-Məğaribə Qapısından daxil olan yəhudilərin Məscidül-Əqsa həyətində dolaşaraq təxribatçı rəftar nümayiş etdirdiklərini açıqlayıb.

Basqın zamanı yəhudi köçkünlərin Məscidül-Əqsanın həyətində ayinlər icra etdiklərini qeyd edən İslami Vəqflər İdarəsi, Məscidül-Əqsa rəsmilərinin və camaatın sionist mühacirlərə reaksiya verdiyini bildirib.

İslami Vəqflər İdarəsi bəyan edib ki, Məscidül-Əqsanın həyəti işğalçı qüvvələrin bütün maneə və məhdudiyyətlərinə baxmayaraq, Ramazan ayının mənəvi atmosferindən yararlanmaq istəyən müsəlmanlarla doludur.

Qeyd edək ki, Məscidül-Əqsanı yəhudilər və müsəlmanlar arasında iki yerə bölmək istəyən işğal rejimi, planlarını həyata keçirməyə zəmin yaratmaq üçün yəhudi köçkünləri Məscidül-Əqsaya basqın etməyə təşviq edir və iştirakçılarının sayının günü-gündən artdığı basqınlar vasitəsilə yəhudilərin Məscidül-Əqsada ayinlərini yerinə yetirməsini adi hala gətirməyə çalışır.

Xəbəri paylaş

VİDEOLAR