Ər-Riyadda Yəmən sülh danışıqları başa çatıb

Ər-Riyadda Yəmən sülh danışıqları başa çatıb

Bildirilib ki, Ənsarullah heyəti Yəməndəki vəziyyəti həll etmək üçün Səudiyyə Ərəbistanında apardığı danışıqları yekunlaşdırıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullahın nümayəndə heyəti Yəməndəki münaqişənin həlli üçün Səudiyyə Ərəbistanı nümayəndələri ilə 5 günlük danışıqları başa vurduqdan sonra Ər-Riyadı tərk edib.

Reuters mənbələrinin məlumatına görə, tərəflər xarici qüvvələrin Yəməndən çıxarılması və Ənsarullahın nəzarətində olan bölgədə yaşayan insanların vəziyyəti ilə bağlı məsələlərdə "müəyyən irəliləyiş" əldə ediblər.

Digər tərəfdən, Ənsarullah nümayəndələri ilə Səudiyyə rəsmilərinin yaxın vaxtlarda əlavə məsləhətləşmələr üçün növbəti görüş keçirəcəkləri bildirilib.

Ənsarullah heyəti Yəməndə hərtərəfli siyasi həllin mümkünlüyünü müzakirə etmək üçün ötən cümə axşamı Ər-Riyada gəlib.

Nümayəndə heyətinə hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam başçılıq edib. Bildirilib ki, danışıqlarda bir çox humanitar məsələlər, o cümlədən məhbusların azad edilməsi və Səna hava limanının bərpası var.

Xəbəri paylaş

VİDEOLAR