Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda neft emalı zavoduna PUA-larla hücum edilib. Yanğın baş verib.
Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Enerji Nazirliyi bəyanat verib.
Bildirilib ki, ər-Riyad neft emalı zavoduna ötən gecə PUA ilə edilən hücum nəticəsində yanğın baş verib.
Yanğın nəzarətə götürülüb və heç bir canlı itki və xəsarət olmayıb.
Nazirlik neftin tədarükü və təminatında heç bir gecikmənin olmadığını bəyan edib.
Qeyd edək ki, bu hücum dünyada qara qızılın və mavi yanacağın qiymətinin kəskin artması fonunda baş verir.