"Qəzzaya hücumlar davam etdikcə Livan cəbhəsi açıq qalacaq!"

"Qəzzaya hücumlar davam etdikcə Livan cəbhəsi açıq qalacaq!".

Az.rasthaber.com xəbər verir ki, Şeyx Nəim Qasım Qüds Yolunda Şəhidləri Anma mərasimindəki çıxışında deyib:

"Biz Hizbullah olaraq əvvəldən bəyan etmişik ki, Livan Cəbhəsi dəstək cəbhəsidir və bizim (Fələstinə) dəstəyimiz bir vəzifə və borcdur. Livan və Fələstinin xeyrinədir.

Livan müqavimət döyüşçülərinin etdikləri qanuni müdafiə və milli borcdur; Çünki düşmən gücdən başqa dil başa düşmür.

Üstəlik, müqaviməti zəiflətmək və tərksilah etməkdən danışan heç bir partiyanın heç bir layihəsinə boyun əyməyəcəyik; Çünki livanlıları müstəqil edən və başlarını dik tutan gücdür. Güc həm də bizə çətinliklərlə üzləşməyə və düşmənin ölkəmizə qarşı vəhşiliyini və genişlənməsini dayandırmağa imkan verir".

Hizbullah baş katibinin müavini həmçinin deyib:

"Müharibənin tempinin hazırkı çevrəsində dəyişib-dəyişməyəcəyi indi bəlli deyil. Biz əvvəldən dedik ki, bu məsələ meydandakı hadisələr və sionist düşmənin qəbul edə biləcəyi qərarlarla bağlıdır. Amma nə olursa olsun, biz istənilən ssenariyə hazırıq. Hizbullah tam hazırdır və Qəzzaya hücum davam etdikcə Livan cəbhəsi İsrailə açıq olacaq".

Şeyx Qasım çıxışının sonunda bunları vurğulayıb:

"Düşmənin nə təhdidlərinin, nə də təxribatlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz sərhəddəki hadisələri ölkənin daxili problemləri ilə əlaqələndirmirik və nə qədər ki, sionistlərin Qəzza xalqına qarşı təcavüzü davam edir, heç kim bizimlə Livanın cənubundakı vəziyyətlə bağlı danışa bilməz. Qəzzaya hücumlar bitəndə müzakirə edilməli bir məsələnin olub olmadığını yoxlayacağıq".

Xəbəri paylaş

VİDEOLAR