İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Briqadaları mücahid batalyonları ilə əməkdaşlıq edərək Qəzzada sionist rejimə məxsus döyüş və casus pilotsuz təyyarəsini yer-hava raketi ilə vurub.
Az.rasthaber.com xəbər verir ki, İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Briqadaları bəyanat yayaraq, Qəzza zolağının şimalında yerləşən Beyt Lahiyə üzərində SAM 7 raketləri ilə sionist rejimə məxsus "Hermes 900" pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb. .
Qüds Briqadaları bu əməliyyatı mücahid batalyonları ilə əməkdaşlıqda həyata keçirdiklərini açıqlayıb.