Beynəlxalq Qırmızı Xaç Komitəsi iki illik fasilədən sonra, bu gün qəzzalı ailələrin işğal zindanlarında əsir olan üzvlərini ziyarət proqramı başladıb.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, Qızıl Xaç Cəmiyyətinin Qəzza üzrə sözçüsü Süheyr Zakkut, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qəzzadan olan 37 nəfər ailə üzvünü, 1948-ci ildə Fələstinin işğal olunmuş bölgəsindəki Nefha səhra həbsxanasında əsirlikdə olan 23 nəfəri ziyarət etmək üçün yola saldığını bildirib.
Zakkut, bu səfərin 2020-ci ilin martında koronavirusla başlayan iki illik səfər maneəsindən sonra ediləcək ilk ziyarət olacağını bildirib.
Qeyd edək ki, məhbuslar martın 25-dən aclıq aksiyasına başlamaq qərarına gəliblər, lakin işğal rejimi məhbusların tələblərinin çoxunu qəbul etdikdən sonra aclıq aksiyasını dayandırıblar.
Təxminən 4500 məhbusun saxlandığı işğal zindanlarında Qəzzalı məhbusların sayının 220-yə yaxın olduğu bildirilir.Onların əksəriyyəti yaşlılar və uzunmüddətli həbs cəzası almış şəxslərdir.