Sionist İsrailin xalqın ac və susuz qalmağa məcbur olduğu Qəzza zolağına etdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı son 24 saatda 104 nəfər artaraq 29 min 514 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada sionist İsrailin 140 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Bəyanatda sionist İsrailin son 24 saat ərzində 104 fələstinlini şəhid etdiyi, ümumi can itkisinin isə 29 min 514 nəfərə yüksəldiyi bildirilib.
Bildirilib ki, son hücumlarda 160 fələstinli yaralanıb, yaralıların ümumi sayı 69 min 616-ya yüksəlib.
Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.