Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada oktyabrın 7-dən bu yana sionist İsrailin hücumlarında 35 min 800 nəfərin şəhid olduğu, yaralananların sayının isə 80 min 200 nəfər olduğu bildirilib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda, həmçinin Qəzzada İsrailin hücumlarına məruz qalanların 71 faizinin qadın və uşaqlar olduğu vurğulanıb.
Oktyabrın 7-də Qəzza zolağına ağır, fərq qoymadan bombardman edən sionist İsrail oktyabrın 27-də qurudan bölgəni işğal etməyə başlayıb.