Qəzzada şəhidlərin sayı 36 min 439-a yüksəlib

Qəzzada şəhidlərin sayı 36 min 439-a yüksəlib

Sionist rejimin intensiv bombardmanlarını davam etdirdiyi Qəzza zolağında şəhid olan fələstinlilərin sayı 36 min 439-a, yaralıların sayı isə 82 min 627-yə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim Qəzza zolağında 240 gündür ki, fasiləsiz olaraq hücumlarını davam etdirir. Bölgənin şimalını yerlə-yeksan edən və fələstinlilərin sığındığı cənuba hücumlar təşkil edən sionist rejim ordusu mülki insanları qətlə yetirməklə humanitar qanunları pozur.

Fələstin Səhiyyə Nazirliyi sionist rejimin son 24 saat ərzində həyata keçirdiyi 4 hücumda 60 fələstinlinin şəhid olduğunu, 220 mülki vətəndaşın isə yaralandığını bildirib.

Oktyabrın 7-dən etibarən bölgədəki balans hesabatı da ifadə edilən açıqlamada şəhid sayının 36 min 439, yaralı sayının isə 82 min 627-yə yüksəldiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR