Sionist rejim ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 81 nəfər artaraq 35 min 984 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin Qəzza zolağına həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Bildirilib ki, sionist rejim ordusu son 24 saatda Qəzzənin müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 8 qətliam həyata keçirib və bu hücumlarda daha 81 fələstinli şəhid olub, 223 fələstinli isə yaralanıb.
Qeyd olunub ki, sionist rejimin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 35 min 984-ə, yaralıların sayı isə 80 min 643-ə yüksəlib.