Qəzzada şəhidlərin sayı 34 min 735-ə yüksəlib

Qəzzada şəhidlərin sayı 34 min 735-ə yüksəlib

Sionist İsrailin Qəzza zolağına hücumlarında şəhid olanların sayının 34 min 735 nəfərə yüksəldiyi bildirilib.

Az.rasthaber.comxəbər verir ki, sionist İsrailin Qəzza zolağına hücumlarında şəhid olan mülki şəxslərin sayı artır.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda 34 min 735 nəfərin şəhid olduğu, 78 min 108 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada şəhidlərin 70 faizinin qadın və uşaqlar olduğu bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Xəbəri paylaş

VİDEOLAR