Qəzzada şəhidlərin sayı 34 min 356-ya yüksəlib

Qəzzada şəhidlərin sayı 34 min 356-ya yüksəlib

Sionist rejim ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında şəhidlərin sayı son 24 saatda 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 20 gün ərzində Qəzza zolağına etdiyi hücumlar barədə məlumat verilib.

Sionist rejim ordusunun son 24 saat ərzində Qəzza zolağına həyata keçirdiyi hücumlarda daha 51 fələstinli həyatını itirib, 75 fələstinli isə yaralanıb.

Sionist rejimin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 34 min 356 nəfərə, yaralıların sayı isə 77 min 368 nəfərə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Xəbəri paylaş

VİDEOLAR