Qəzzada şəhidlərin sayı 30 mini keçib

Qəzzada şəhidlərin sayı 30 mini keçib

Sionist rejim ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumlarında şəhid olan fələstinlilərin sayı, əksəriyyəti uşaq və qadınlar olmaqla 30 mini keçib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra məsələ ilə bağlı açıqlama verib.

Qəzzanın cənubundakı Nablusi qovşağı yaxınlığında humanitar yardım gözləyən fələstinlilərə qarşı işğalçı qüvvələrin həyata keçirdiyi hücumda 70 nəfərin şəhid olduğunu bildirən Kudra, 7 oktyabrdan bu yana şəhid olan fələstinlilərin sayının 30 mini keçdiyini bildirib.

Sionist rejimin Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 12660 uşaq və 8570 qadın şəhid olub.

Ən azı 70 min adamın yaralandığı hücumlarda dağıntılar altında hələ də minlərlə şəhidin olduğu bildirilib.

Sionist rejimin hücumları zamanı insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri də hədəfə alınır və mülki infrastruktur dağıdılır.

Xəbəri paylaş

VİDEOLAR