Qəzzanın Səhiyyə Nazirliyi Qəzzada şəhid və yaralananların sayı ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi işğalçı rejimin son 24 saatda həyata keçirdiyi 10 qırğında 90 nəfərin şəhid olduğunu, 164 nəfərin yaralandığını bildirib.
Belə ki, Nazirlik oktyabrın 7-dən Qəzzada şəhidlərin sayının 29 min 792, yaralıların sayının isə 70 min 43-ə yüksəldiyini qeyd edib.
Açıqlamada bir çox qurbanın hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onlara çatmasına mane olduğu bildirilib.