Sionist rejimin Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı son 24 saatda 107 nəfər artaraq 27 min 585 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada sionist rejimin Qəzza zolağında 123 gündür davam edən hücumları barədə məlumat verilib.
Açıqlamada işğalçı qüvvələrin son 24 saat ərzində Qəzza zolağında 12 qırğın törətdiyi və bu hücumlarda 107 nəfərin şəhid olduğu, 143 nəfərin yaralandığı bildirilib.
Bildirilib ki, sionist rejimin 2023-cü il oktyabrın 7-dən bu yana davam edən hücumlarında Qəzzada şəhid olan fələstinlilərin sayı 27 min 585-ə, yaralıların sayı isə 66 min 978-ə yüksəlib.
Açıqlamada işğal qüvvələrinin maneəsi səbəbindən dağıntılar altında və ya yol kənarında qalan cəsədlərə tibb qruplarının və mülki müdafiə işçilərinin çata bilmədiyi də vurğulanıb.