Qəzzada şəhidlərin sayı 27 mini keçib

Qəzzada şəhidlərin sayı 27 mini keçib

İşğalçı sionist rejimin Qəzzəyə həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayının 27 mini keçdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, sionist işğalçı rejimin qondarma ordusu 118 gündür Qəzza zolağında qətliam və soyqırımını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyi işğalçı sionist rejimin son 24 saat ərzində daha 16 qətliam törətdiyini bəyan edib.

Hücumlarda 119 fələstinli şəhid olub, 190 nəfər yaralanıb.

Oktyabrın 7-dən indiyədək törədilən qırğın və soyqırımda 27 min 19 nəfərin şəhid olduğu bildirilib.

Bildirilib ki, yaralananların sayı 66 min 139-a yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR