Qəzzada şəhidlərin sayı 26 min 257-yə yüksəlib

Qəzzada şəhidlərin sayı 26 min 257-yə yüksəlib

Sionist rejimin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı son 24 saatda 174 nəfər artaraq 26 min 257 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin Qəzzə zolağına 113 gündür davam edən hücumları ilə bağlı açıqlama verib.

Bəyanatda sionist rejimin Qəzzə zolağına hücumlarının son 24 saatda 174 fələstinlini şəhid etdiyi və 310 nəfərin yaralandığı, təcili tibbi yardım maşınları və mülki müdafiə qruplarının çata bilmədiyi bölgədə hələ də dağıntılar altında insanların olduğu bildirilib. .

Açıqlamada işğal rejimi qüvvələrinin son 24 saatda “18 qırğın” törətdiyi, 7 oktyabrdan bu yana həyata keçirilən hücumlarda şəhid olan fələstinlilərin sayının 26 min 257, yaralıların sayının artdığı bildirilib. 

Xəbəri paylaş

VİDEOLAR