Qəzzada şəhidlərin sayı 25 min 295 nəfərə çatıb

Qəzzada şəhidlərin sayı 25 min 295 nəfərə çatıb

Sionist rejimin Qəzzə zolağına aylardır həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 25 min 295-ə, yaralıların sayı isə 63 minə çatıb.

Az.rasthaber.org xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, işğalçı rejimin son 24 saatda həyata keçirdiyi 20 qırğında 190 nəfəri şəhid etdiyi, 340 nəfərin yaralandığı bildirilib.

Belə ki, Nazirlik oktyabrın 7-dən Qəzzada şəhidlərin sayının 25 min 295-ə, yaralıların sayının isə 63 minə yüksəldiyini qeyd edib.

Açıqlamada dağıntılar altında və küçələrdə hələ də çox sayda yaralının olduğu, lakin hücumlar səbəbilə tibbi və mülki müdafiə qruplarının onlara çata bilmədiyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR