Sionist rejimin Qəzzəyə hücumlarında şəhid olanların sayının 23 min 968 nəfərə, yaralıların sayının isə 60 min 582 nəfərə yüksəldiyi açıqlanıb.
Az.rasthaber.org xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada sionist rejimin Qəzzə zolağına 100 gündür davam edən hücumları barədə məlumat verilib.
Açıqlamada işğalçı rejimin Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 23 min 968-ə, yaralıların sayının isə 60 min 582-yə yüksəldiyi bildirilib.