Qəzzada şəhidlərin sayı 24 min 100-ə yüksəlib

Qəzzada şəhidlərin sayı 24 min 100-ə yüksəlib

Sionist İsrailin Qəzza zolağına hücumlarında həyatını itirənlərin sayının 24 min 100 nəfərə yüksəldiyi bildirilib.

Az.rasthaber.org xəbər verir ki, sionist İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan mülki şəxslərin sayı artır.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada 7 oktyabrdan bəri İsrailin hücumlarında 24 min 100 adamın həyatını itirdiyi bildirilib.

Hücumlarda 60 min 834 nəfər yaralanıb. Həyatını itirənlərin 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.

Oktyabrın 7-də Qəzza zolağına ağır, fərq qoymadan bombardman edən işğalçı İsrail rejimi oktyabrın 27-də qurudan bölgəni işğal etməyə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR