İşğalçı sionist rejim qüvvələrinin Qəzza zolağına hücumlarında daha bir jurnalisti şəhid etdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı Qəzza hökumətinin Media Ofisindən yazılı açıqlama verilib.
Açıqlamaya görə, Qəzzadan yayımlanan Əl-Əqsa televiziyasının müxbiri və jurnalisti Məhəmməd Salamənin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Belah şəhərində bir evə işğalçı rejimin həyata keçirdiyi hücum nəticəsində şəhid olduğu bildirilib.
İşğalçı rejim qüvvələrinin 7 oktyabr 2023-cü il tarixindən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağında şəhid olan jurnalistlərin sayı 133-ə yüksəlib.