Qəzzada şəhid olan fələstinlilərin sayı 26 mini keçib

Qəzzada şəhid olan fələstinlilərin sayı 26 mini keçib

Sionist İsrailin Qəzza zolağına hücumları 112 gündür davam edərkən, can itkisi 26 min 83 nəfərə çatıb.

Az.rasthaber.org xəbər verir ki, Ərəb mediasının məlumatına görə, HƏMAS rəhbərliyinə bağlı Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamada, 7 oktyabr 2023-cü il tarixindən bu yana İsrailin Qəzza zolağında davam edən hücumlarında fələstinli şəhidlərin sayının 26 min 83-ə yüksəldiyi bildirilib.

Yaralıların sayı 64 min 487-yə çatıb.

Açıqlamada, hücumların törətdiyi dağıntılar səbəbindən çox sayda insanın hələ də dağıntılar altında qaldığı, mülki müdafiə və təcili tibbi yardım qruplarının bu insanlara çatmaqda çətinlik çəkdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR