Qəzzada şəhid edilən fələstinlilərin sayı 2 min 750-yə yüksəlib

Qəzzada şəhid edilən fələstinlilərin sayı 2 min 750-yə yüksəlib

Qəzza Səhiyyə Nazirliyi işğalçı rejimin 7 oktyabrdan bu yana Qəzzaya qarşı təşkil etdiyi hücumlarda 2750 fələstinlinin şəhid olduğunu, 9700 fələstinlinin isə yaralandığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada oktyabrın 7-dən bəri davam edən işğalçı hücumlarda 2 min 750 fələstinlinin şəhid olduğu, 9 min 700 fələstinlinin isə yaralandığı açıqlanıb.

İşğal ordusu gecə boyu Qəzza zolağının müxtəlif bölgələrini hava zərbələri ilə bombalamağa davam edib.

Qəzzadakı şahidlərin ifadələrinə görə, bombardmana məruz qalan bölgələrə gedən təcili yardım və xilasetmə qrupları Cela küçəsində İsrail təyyarələri tərəfindən hədəfə alınıb.

İsrail təyyarələrinin hücumuna məruz qalan mülki müdafiə və təcili xidmət qruplarından ölən və yaralananlar olub.

Xəbəri paylaş

VİDEOLAR