Qəzzada raket istehsalı İsrail ordusunun kabusuna çevrilib

Qəzzada raket istehsalı İsrail ordusunun kabusuna çevrilib

İsrail ordusu və onun mühacirləri Qəzzada raket istehsalı və buraxılması təcrübəsinin İordan çayının qərb sahilinə ötürülməsindən narahat olublar və bu məsələ onlar üçün kabusa çevrilib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim qəzetlərindən olan “İsrail Hayom” yazıb ki, İordan çayının qərb sahilinin şimalındakı Fələstin müqavimət qüvvələri Qəzza zolağından işğal olunmuş ərazilərə raket hücumlarından son dərəcə narahatdırlar.

Bu qəzet öz hesabatında bu açıqlamaları verib: “İordan çayının qərb sahilinin şimalındakı sionist mühacirlər sionist rejim ordusunun onları raket hücumlarından necə qoruyacağından çox narahatdırlar.

İşğal olunmuş İordan çayının şimalındakı sionist yaşayış məntəqələri hazırda raket atəşinə qarşı xəbərdarlıq sistemləri ilə təchiz olunmayıb, lakin işğal rejiminin təhlükəsizlik xidmətləri bu cür sistemlərin İordan çayının qərb sahilinin şimalında yerləşdirilməsi imkanlarını araşdırır”.

Sionist rejimin Qəzza və ya Livandakı raket atış təcrübəsinin İordan çayının qərb sahilinə ötürülməsinin qarşısını almağa diqqət yetirməsinə baxmayaraq, ötən həftə Əl-Əqsa briqadaları tərəfindən İordan çayının qərb sahilindəki Cenin şəhərindən sionist qəsəbəsinə doğru iki raket atılıb.

Xəbəri paylaş

VİDEOLAR