Qəzzada həyatını itirən fələstinlilərin sayı 35 min 303-ə yüksəlib

Qəzzada həyatını itirən fələstinlilərin sayı 35 min 303-ə yüksəlib

Sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 31 nəfər artaraq 35 min 303 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 224 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.

Sionist İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 4 qırğın törətdiyi, bu hücumlarda daha 31 fələstinlinin şəhid olduğu, 56 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, sionist rejimin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 35 min 303-ə, yaralıların sayı isə 79 min 261-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR