Qəzzada öldürülən fələstinli uşaqların sayı 1756-ya çatıb

Qəzzada öldürülən fələstinli uşaqların sayı 1756-ya çatıb

Sionist rejimin Qəzza zolağına hücumları zamanı şəhid olanların sayı artaraq 4385 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi sionist rejimin Qəzza zolağına hücumları zamanı şəhid olanların sayının artaraq 4385 nəfərə çatdığını, şəhidlər arasında 1756 uşaq, 976 qadın olduğunu bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, yaralıların sayı 13 561 nəfərdir.

Bir sıra ərəb və qeyri-ərəb ölkə başçılarının 2023-cü il Qahirə Sülh Konfransında Qəzzanın mühasirəsinin aradan qaldırılması və dinc əhalinin qətliamının dayandırılmasının tələb etdiyi bir şəraitdə Qəzzada şəhid və yaralıların sayı durmadan artır. Sionist rejimin Bütün dünya Qəzzəyə təcavüzün dayandırılmasını tələb etsə də, qaniçən İsrail rejimi heç bir beynəlxalq təşkilatı, heç bir ölkəni saya salmır.

İraq baş naziri bu Qahirə Sülh Konfransında deyib: "Qəzzada baş verənlər soyqırımdır və bunlar sionist rejimin iç üzünü göstərən hərbi cinayətlərdir."
Məhəmməd Şia əl-Sudani əlavə edib: "Fələstin xalqı soyqırım təhlükəsi ilə üz-üzədir. Qəzzada törədilən cinayətləri və fələstinlilərin dağıdılmış binalar altında dəfn olunması acısını heç bir cümlə ilə təsvir olmaz!"

Xəbəri paylaş

VİDEOLAR