Hollandiyanın paytaxtı Amsterdamda keçirilən UEFA Avropa Liqasının “Ayaks” – “Makkabi Təl-Əviv” matçı israilli azarkeşlərin Fələstin tərəfdarlarına qarşı hücumları və təxribatları ilə yadda qalıb. “Makkabi Tel-Əviv” azarkeşləri Amsterdamda polisin himayəsi altında şüarlar səsləndiriblər.
Az.rasthaber.com xəbər verir ki, Amsterdamda oynanılan Ayaks-Makkabi Təl-Əviv matçı öncəsi polisin himayəsində olan "Makkabi Tel-Əviv" azarkeşlərinin şifahi hücumları və şüarları böyük əks-səda doğurub.
Sosial mediada paylaşılan görüntülərdə fanatların “Qəzzada məktəb yoxdur, çünki uşaq qalmayıb”, “İsrail ordusu ərəbləri bitirəcək” kimi ifadələrlə şüarlar səsləndiriblər.