İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 46 min 584-ə yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 465 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “qətliam”da 19 nəfərin həyatını itirdiyi, 71 nəfərin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 46 584 nəfərə, yaralı sayının isə 109 731 nəfərə yüksəldiyi qeyd edilib.