Qəzzada İsrail tərəfindən öldürülən fələstinlilərin son sayı açıqlanıb

Qəzzada İsrail tərəfindən öldürülən fələstinlilərin son sayı açıqlanıb

Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 33 min 843-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 193 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.

Bəyanatda sionist İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 46 fələstinlinin şəhid olduğu, 110 fələstinlinin isə yaralandığı bildirilib.

Bildirilib ki, sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 33 min 843-ə, yaralıların sayı isə 76 min 575-ə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu da bir daha vurğulanıb, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətliləri cəsədlərə çata bilməyib.

Xəbəri paylaş

VİDEOLAR