Qəzzada işğalçılara casusluq edən üç nəfərə ölüm hökmü verilib

Qəzzada işğalçılara casusluq edən üç nəfərə ölüm hökmü verilib

Qəzzada Hərbi Məhkəmə Şurasının hərbi məhkəmələri dünən İsrail işğalçı rejimi adına casusluq edən 3 nəfərə qarşı açılan işlərdə ölüm hökmü çıxarıb.

Az.rasthaber.com xəbər verir ki, Hərbi ədliyyədən verilən açıqlamada, sözügedən üç nəfərin 1979-cu il tarixli Fələstin İnqilabi Cəza Qanununun 131-ci maddəsinə əsasən, düşmən xarici qüvvənin lehinə kəşfiyyat xidməti etdikləri üçün edam cəzasına məhkum edildiyi bildirilib.

Mühakimə olunan üç cinayətkardan ikisinin Ali Hərbi Məhkəmənin yekun qərarı əsasında asılaraq, bir nəfərin isə Apellyasiya Məhkəməsinin qərarına əsasən güllələnərək edam ediləcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR