Qəzzada havadan atılan yardım qutuları fələstinlilərin üzərinə düşüb, ölənlər var

Qəzzada havadan atılan yardım qutuları fələstinlilərin üzərinə düşüb, ölənlər var

Sionist İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın şimalına havadan atılan humanitar yardım qutularını daşıyan paraşütlərin açılmaması və ərazidə gözləyən fələstinlilərin üzərinə düşməsi nəticəsində çoxlu sayda şəhid və yaralı olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal verdiyi yazılı açıqlamada, Qəzza zolağının şimalına yardım aparan təyyarələrin atdığı humanitar yardım qutularını daşıyan paraşütlərin açılmadığını bildirib.

Basal qeyd edib ki, qutuların ərazidə kömək gözləyən bir qrup fələstinlinin üzərinə düşməsi nəticəsində çoxlu sayda insan şəhid olub və yaralanıb.

Mətbuat katibi Basal şəhid və yaralananların sayı və yardımı yerə endirən təyyarələrin hansı ölkəyə aid olduğu barədə məlumat verməyib.

Xəbəri paylaş

VİDEOLAR