Qəzzanın Səhiyyə Nazirliyi sionist İsrailin hücumlarında həyatını itirənlərlə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, səhiyyə Nazirliyinin məlumatına görə, sionist İsrailin davam edən hücumları səbəbindən Qəzzada son şəhidlərin sayı 2 min 913-ü uşaq olmaqla 7 min 28-ə yüksəlib.
Fələstin Mənzil Nazirliyi bəyanatda bildirib:
"İsrail 7 oktyabrdan bəri Qəzzaya etdiyi hücumlarda təxminən 200 min evi tamamilə və ya qismən dağıdıb".