Sionist İsrailin 241 gündür hücumlarını həyata keçirdiyi Qəzzada son 24 saatda 40 fələstinli şəhid olub, 150 fələstinli yaralanıb, can itkisi 36 min 479 nəfərə yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada işğalçı İsrailin 241 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Sionist İsrail qüvvələrinin son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin şəhid olduğu, 150 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd edilib ki, sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 36 min 479-a, yaralıların sayı isə 82 min 777-yə yüksəlib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bildirilib.