Qəzzada didərgin düşən qadınların sayı açıqlanıb

Qəzzada didərgin düşən qadınların sayı açıqlanıb

İsrailin hücumu altında Qəzzada didərgin düşən 1,9 milyon adamın təxminən 1 milyonunun qadın olduğu bildirilir.

Az.rasthaber.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qadın şöbəsinin dərc etdiyi hesabata görə, təxminən 2,3 milyon əhalisi olan Qəzzada 1,9 milyon adam didərgin düşüb. Onların 1 milyona yaxını qız və qadındır.

İsrailin hücumları zamanı Qəzzada hər saat iki ananın öldüyünə diqqət çəkən hesabatda təxminən 10 min uşağın atalarını itirdiyi təxmin edilir.

BMT İnsan Haqları üzrə Ali Komissarlığının işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Acit Sunqey (Ajith Sunghay) BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib: "Qəzzada daha bir şokedici dönüş nöqtəsinə çatırıq. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 25 min adam ölüb ki, bunların 70 faizi qadın və uşaqlardır”.

Xəbəri paylaş

VİDEOLAR