Qəzzada bütün xəstəxanalardakı generatorlar 48 saatdan sonra dayanacaq

Qəzzada bütün xəstəxanalardakı generatorlar 48 saatdan sonra dayanacaq

Qəzzada bütün xəstəxanalardakı generatorlar 48 saatdan sonra dayanacaq.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Ashre əl-Qudra, şəhərdəki xəstəxanalardakı bütün generatorların 48 saat ərzində dayanacağını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin Telegram hesabında qısa açıqlama verən nazirlik sözçüsü Əşrəf əl-Qudra bildirib: "Qəzzadakı xəstəxanalarda bütün generatorların dayanmasına 48 saatdan az vaxtımız qalıb".

Şəhərin səhiyyə sisteminin tarixinin ən pis mərhələsində olduğunu bildirən Kudra, Qəzzaya yardımların çatdırılma mexanizminin çox yavaş işlədiyini və bunun vəziyyəti dəyişməyəcəyini bildirib.

Digər tərəfdən bölgədəki səhiyyə mənbələrindən alınan məlumata görə, İndoneziya xəstəxanasında yanacaq bitdiyi üçün elektriklər kəsilib. Elektrik enerjisinin olmaması səbəbindən xəstələrin ölüm təhlükəsi ilə üzləşdiyi bildirilib.

Şifa Xəstəxanasının direktoru Muhammed Abu Silmiyye açıqlamasında Qəzzaya yanacaq axını olmadığı təqdirdə böyük fəlakətin baş verəcəyini bildirib.

Digər tərəfdən, sionist rejimin döyüş təyyarələri Qəzzənin Cəbəliyyə, Şeyx Rıdvan, Xan Yunis və Əl-Şati qaçqın düşərgələri, Beyt Lahiya və Rəfahdakı mülki əhalinin evlərini hədəfə alıb.

Xəbəri paylaş

VİDEOLAR