Qəzzada işğal hücumunun başladığı gündən bu yana şəhidlərin sayı 29 min 92, yaralıların sayı isə 69 min 28-ə yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi işğalçı rejimin son 24 saatda həyata keçirdiyi 9 qırğında 107 nəfərin şəhid olduğunu, 145 nəfərin yaralandığını bildirib.
Belə ki, Nazirlik oktyabrın 7-dən Qəzzada şəhidlərin sayının 29 min 92, yaralıların sayının isə 69 min 28-ə yüksəldiyini qeyd edib.
Açıqlamada bir çox qurbanın hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onlara çatmasına mane olduğu bildirilib.