Qəzzada 25 nəfər aclıqdan ölüb

Qəzzada 25 nəfər aclıqdan ölüb

Qəzzada 25 nəfər aclıqdan ölüb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında sionist İsrailin 157 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verib.

Sionist İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 67 fələstinlini şəhid etdiyinə diqqət çəkən Kudra Qəzzada şəhidlərin sayının 31 min 112-yə yüksəldiyini bildirib.

Kudra bildirib ki, sionist İsrail qüvvələri son hücumlarda daha 106 fələstinlini yaralayıb və Qəzza zolağında yaralananların ümumi sayı 72 min 760 nəfərə çatıb.

Sionist İsrail ordusu tərəfindən şəhid edilən fələstinlilərin 72 faizinin qadın və uşaqlar olduğunu vurğulayan Kudra, aclıq və susuzluqdan şəhid olanların sayının 25 nəfər olduğuna diqqət çəkib.

Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR