Sionist rejimin Qəzzada daha 2 jurnalisti şəhid etdiyi və oktyabrın 7-dən bu yana davam edən hücumlarda şəhid olan mətbuat işçilərinin sayının 117-yə yüksəldiyi bildirilib.
Az.rasthaber.org xəbər verir ki, Qəzza hökumətinə bağlı Media Ofisindən verilən yazılı açıqlamada Fuad Əbu Həmmaş və Məhəmməd əl-Selasinin sionist rejimin hücumunda şəhid olduqları bildirilib.
Açıqlamada oktyabrın 7-dən etibarən işğalçı rejimin Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda şəhid olan jurnalistlərin sayının 117-yə yüksəldiyi qeyd edilib.