Qəzza zolağında İsrail rejimi tərəfindən öldürülən fələstinlilərin sayı 25 minə yaxınlaşır

Qəzza zolağında İsrail rejimi tərəfindən öldürülən fələstinlilərin sayı 25 minə yaxınlaşır

İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 24 762-yə çatıb.

Az.rasthaber.org APA-ya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzanı bombalaması nəticəsində azı 142 nəfər ölüb, 278 nəfər yaralanıb ki bununla da ümumi yaralıların sayı 62 108-ə yüksəlib.

Bir çox qurban hələ də dağıntılar altındadır və onların öldüyü güman edilir.

Xəbəri paylaş

VİDEOLAR