İsrailin Qəzza sektorunda fələstinlilərə qarşı törətdiyi soyqırımın fonunda ABŞ-da insanlar arasında Qurani-Kərimə qarşı maraq artıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Çikaqo Quran Mətbəəsinin direktoru Əhməd Əbu Həybə bildirib.
O, bununla bağlı statistik məlumatlar təqdim edib.
“Məsələn, 2020-ci ilin noyabr ayında ortalama olaraq hər ay bizə 300-400 sorğu (sifariş) gəlirdi, 2023-cü ilin noyabrında isə Quran çapı ilə bağlı aylıq sorğuların sayı 3,6 minə çatdı, son Ramazan ayında isə onminlərlə sifariş oldu“, – deyə o qeyd edib.
Əbu Həybə hazırda İslam dinini qəbul edib müsəlman olanların sayının da artdığını vurğulayıb.
“Bütün bunlar Qəzza xalqının səbir və imanının və onların Qurana olan bağlılığının sayəsindədir. Amerikalılar üçün Quranda hansı mesajların olduğu olduqca maraqlıdır“, – deyə o əlavə edib.
“Onların hamısı bu məsədə yekdildirlər ki, Fələstin xalqının səbir və dəyanəti onlar üçün daha öncə heç vaxt görmədikləri bir nümunəyə çevrilib. Fələstindəki müsəlmanlar şəhadət arzulayırlar, ana şəhid olan övladını təbəssümlə bağrına basır və digərlərinə ağlamağa icazə vermir. Bu, amerikalıların heç vaxt görmədikləri səhnələrdir“, – deyə o əlavə edib.
Əbu Həybə vurğulayıb ki, Çikaqo Quran Mətbəəsi İslamla tanış olmaq istəyən şəxsləri Qurani-Kərimləri pulsuz şəkildə təqdim edir.