İsrail tərəfindən tam blokadaya alınmış Qəzza sektorunun şimal hissəsinin əhalisinin azı 70 faizi tibbi yardımdan məhrumdur.
Az.rasthaber.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Qudra bildirib.
O deyib ki, buna səbəb BMT-nin Fələstinli Qaçqınlara yardım üzrə Yaxın Şərq agentliyi Qəzzadakı mərkəzlərini təxliyyə edib və tibbi xidmətlərin göstərilməsi fəaliyyətini dayandırıb.
O bildirib ki, adıçəkilən BMT qurumu İsrail Qəzza sakinlərindən bölgəni tərk etməyindən sonra öz heyətini təxliyyə edib.