Quterreşdən Aİ liderlərinə Qəzza ilə bağlı ÇAĞIRIŞ

Quterreşdən Aİ liderlərinə Qəzza ilə bağlı ÇAĞIRIŞ

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Avropa İttifaqı (Aİ) liderlərinə "Həm Qəzzada, həm də Ukraynada ikili standartlar olmadan (mülki əhalinin müdafiəsi ilə bağlı) prinsiplərə əməl etməliyik", - çağırışı edib.

Az.rasthaber.com xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsinə qatılan Quterreş toplantının girişində mətbuata açıqlama verib.

O açıqlamasında bildirib:

"Biz fövqəlgüclərin bir-biri ilə müharibə etdiyi xaotik bir dünyada yaşayırıq; İstənilən ölkə və ya hər hansı silahlı qrup hesab edir ki, heç bir cavabdehlik olmadığı üçün istədiyini edə bilər. Xaotik bir dünyada yaşadığımız zaman prinsiplərə sadiq qalmaq çox vacibdir.".

Bu prinsiplərin BMT Nizamnaməsi, beynəlxalq hüquq, ölkələrin ərazi bütövlüyü və beynəlxalq humanitar hüquq olduğuna diqqət çəkən Quterreş, Ukraynada sülh və Qəzzada atəşkəs çağırışını təkrarlayıb.

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada mülki itkilərə diqqət çəkən Quterreş deyib:

"Baş katib olduğum müddətdə Qəzzada görünməmiş sayda mülki itkiyə şahid olduğumuzu qınayırıq".

Aİ ölkələrinin liderlərinə çağırış edən Quterreş bildirib:

"Beynəlxalq humanitar hüququn təməl prinsipi mülki şəxslərin müdafiəsidir. İstər Qəzzada, istərsə də Ukraynada ikili standartlar olmadan (mülki insanların müdafiəsi ilə bağlı) prinsiplərə əməl etməliyik".

Xəbəri paylaş

VİDEOLAR