Quterreşdən ABŞ-a diplomatlara tətbiq olunan viza qadağası ilə bağlı çağırış

Quterreşdən ABŞ-a diplomatlara tətbiq olunan viza qadağası ilə bağlı çağırış

Quterreş ABŞ-ı diplomatlara vizaların verilməsi ilə bağlı yaranmış vəziyyəti həll etməyə çağırıb

"Nyu-Yorkda BMT-nin iclaslarında iştirak etmək istəyən müxtəlif ölkələrin diplomatlarına ABŞ vizalarının verilməsi məsələsi həll edilməlidir."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antoniu Quterreş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “viza verilməsi məsələsində normal vəziyyətin” yaradılması son dərəcə vacibdir.

“Bəzən elə vəziyyətlər olur ki, milli təhlükəsizlik bəhanəsi ilə məhdudiyyətlər tətbiq olunur. Ancaq gördüyümüz budur ki, vəziyyət normallaşdırılmalıdır – BMT-nin fəaliyyət göstərməsi üçün normal şərtlər lazımdır, yəni vizalar mütəmadi olaraq verilməlidir”, - deyə Quterreş qeyd edib.

Qeyd edək ki, sentyabr ayında ABŞ BMT Baş Assambleyasının hazırkı sessiyasında iştirak etmək üçün Rusiyadan olan 18 diplomata, o cümlədən hüquqi məsələlərlə məşğul olan nümayəndə heyətlərinin üzvlərinə təşkilatın Birinci və Altıncı Komitələrində iştirak etməsi üçün viza verməyib.

Xəbəri paylaş

VİDEOLAR