Quterreş: Qəzzada olanları dəhşət və qəzəblə izləyirəm!

Quterreş: Qəzzada olanları dəhşət və qəzəblə izləyirəm!

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasında keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 68-ci Sessiyasında çıxış edib.

Az.rasthaber.com xəbər verir ki, dünyanın çox çətin bir dövrdən keçdiyini, qadın və qızların ciddi zərər gördüyünü vurğulayan Quterreş deyib:

“Kişilərin başlatdığı müharibədən ən çox əziyyət çəkənlər kimi qadınlar və qızlar önə çıxır”.

Ramazan ayının anlama, düşünmə və şəfqət ayı olduğunu ifadə edən Quterreş bildirib:

"Bu müqəddəs ayda Qəzzada qarşıdurmaların davam etdiyini dəhşət və qəzəblə müşahidə edirəm. Ailələr İsrail bombalarından qaçarkən, artan aclıq qarşısında da həyata tutunmağa çalışırlar. Bu, acınacaqlı və qəbuledilməzdir".

Qəzzada dərhal atəşkəs çağırışını təkrarlayan Quterreş deyib:

"Ramazan ayının ruhuna uyğun olaraq, bütün münaqişələrdə silahların susdurulmasına və sülh masasına qayıtmağa çağırıram". 

Quterreş həmçinin bildirib ki, sionist İsrailin hücumları nəticəsində Qəzzada həlak olanların üçdə ikisi qadın və uşaqlardır.

Xəbəri paylaş

VİDEOLAR