Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bir daha Fələstinin işğal olunmuş ərazilərində davamlı sülhün bərqərar olunması üçün iki dövlətli həll yolunu vurğulayaraq bildirdi: İsrail ən qısa zamanda Fələstinin işğal olunmuş torpaqlarındakı mövcudluğuna son qoymalıdır.
Az.rasthaber.com xəbər verir ki, Antonio Quterreş yerli vaxtla çərşənbə günü BMT və İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair konfransına göndərdiyi mesajda bildirib: “Biz elə bir vaxtda bir araya gəlmişik ki, Fələstinlilərin əzabı elə bir yerə çatıb ki, ədalətli və davamlı həll yolu daha da çətinləşib.”
BMT Baş katibi deyib: “HƏMAS və digər Fələstinli silahlı qrupların 7 oktyabr 2023-cü il tarixindəki hücumlarını açıq şəkildə pisləyib. Eləcə də İsrailin hərbi əməliyyatları dəhşətli dərəcədə humanitar böhran yaradıb.
Şahid olduğumuz bu ağır böhran uzunmüddətli və amansız qarşıdurmanın ən ağır mərhələsidir.”
Quterreş vurğulayıb: “Qəzzədə dərhal atəşkəs olmalıdır. Bütün əsirlərin dərhal və qeyd-şərtsiz şəkildə azad edilməsi, eləcə də tam, təhlükəsiz və davamlı humanitar yardımın təmin olunması zəruridir.”