Qurban bayramı ilə bağlı istirahət günləri dörd gün olacaq

Qurban bayramı ilə bağlı istirahət günləri dörd gün olacaq

Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

Az.rasthaber.com-un məlumatına görə, qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.

Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.

Beləliklə iyulun 17-də ölkədə iş günü, 18,19,20,21-də isə qeyri-iş günləri olacaq.

Xəbəri paylaş

VİDEOLAR